Mağazalardan 10 min manatlıq oğurluq edən şəxs həbs edilib

Mağazalardan 10 min manatlıq oğurluq edən şəxs həbs edilib
# 17 iyun 2022 15:32 (UTC +04:00)

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayonun Dünyamalılar kəndi ərazisindəki mağazalardan nəğd pul və digər əşyalar oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Sahib Şükürov saxlanılıb.
Araşdırma zamanı S.Şükürovun may və iyun aylarında kənd ərazisindəki mağazalara qeyri-qanuni yollarla daxil olaraq 10 min manatdan artıq nəğd pul və digər əşyalar oğurladığı müəyyən edilib. O, bu əməlləri törədərkən təhlükəsizlik kameralarına yaxalanmamaq üçün üzünü maska vasitəsi ilə gizlədib. Lakin o, polis əməkdaşlarının keçrdiyi tədbirlərlə çox çəkmədən müəyyən olunaraq istintaqa təhvil verilib.
Faktla bağlı S.Şükürov barəsində Beyləqan RPŞ-də Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR