Magistral yoldan oğurluq edən şəxs tutulub

Magistral yoldan oğurluq edən şəxs tutulub
# 03 fevral 2022 11:01 (UTC +04:00)

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində mühafizə çəpərinin metal dayaqlarını oğurlayan şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Ələt-Astara Magistral yolunun 163-cü kilometrliyində əraziyə basdırılmış, Avtomobil Yollarının Mühafizəsi MMC-yə məxsus olan 21 ədəd dəmir dirəyin oğurlanması ilə bağlı Lənkəran ŞRPŞ-yə müraciət daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dirəkləri oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini T.Alxasov müəyyən edilərək saxlanılıb. Oğurlanan dirəklər aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR