Mahir Emrelinin evinin qarət edilməsi faktı ilə bağlı cinayət işi başlanıb

Mahir Emrelinin evinin qarət edilməsi faktı ilə bağlı cinayət işi başlanıb
# 12 sentyabr 2019 10:25 (UTC +04:00)

Futbol üzrə Azərbaycan yığmasının və "Qarabağ"ın hücumçusu Mahir Emrelinin evinin qarət edilməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, futbolçunun Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, döngə 20 ünvanında yerləşən evindən 20 min dollar, 17 min manat, 5 min manatlıq qızıl-zinət əşyaları və 3 ədəd “İphone” markalı telefonun oğurlanması faktı ilə bağlı Cinayət Məcəlləsinin 177.2.3-cü (oğurluq – yaşayış yerinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.2.4-cü (oğurluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR