Masallı sakinindən qanunsuz odlu silah aşkarlanıb

Masallı sakinindən qanunsuz odlu silah aşkarlanıb
# 20 dekabr 2021 21:33 (UTC +04:00)

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, bu istiqamətdə Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Qızılağac kənd sakini R.Əliyevdən qanunsuz olaraq saxladığı bir ədəd “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Həmin silah aidiyyəti üzrə təhvil verilib.

R.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılmasından ötrü Masallı Rayon Məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR