Masallıda 25 yaşlı oğlanı qətlə yetirən şəxs saxlanılıb - YENİLƏNİB

Masallıda 25 yaşlı oğlanı qətlə yetirən şəxs saxlanılıb - YENİLƏNİB
# 18 sentyabr 2023 23:27 (UTC +04:00)

Masallıda 25 yaşlı oğlanı qətlə yetirən şəxs saxlanılıb.

APA xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Masallı rayon sakini, 2000-ci il təvəllüdlü Höccət Soltanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Saat 18:43

Masallıda qətl hadisəsi baş verib.

APA-nın Cənub bürosunun məlumatına görə, Masallı rayonunun Musaküçə kənd sakini, 1998-ci il təvəllüdlü Elməddin Kərim oğlu Kərimova bıçaqla kəsilmiş-deşilmiş xəsarətlərlər yetirilib. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Buna baxmayaraq, E.Kərimov aldığı xəsarətlərdən dünyasını dəyişib.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması üçün tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR