Masallıda 3 tona yaxın saxta yağ və süd məhsulları aşkarlanıb

Masallıda 3 tona yaxın saxta yağ və süd məhsulları aşkarlanıb
# 01 iyun 2023 19:29 (UTC +04:00)

Masallı rayonunda polisin keçirdiyi tədbirlələ saxta kərə yağı istehsalı və satışı ilə məşğul olan şəxs müəyyən edilib.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, Masallı RPŞ əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Zahid Sadıqovun rayonun Qızılağac kəndindəki evinin yardımçı təsərrüfat otağından mənşəyi məlum olmayan 2 ton 359 kq qarışıq yağ, 90 kq qaymaq və 126 kq pendir məhsulları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR