Masallıda 36 yaşlı qadın itkin düşüb - FOTO

İtkin düşən şəxs

© APA | İtkin düşən şəxs

# 30 yanvar 2023 12:12 (UTC +04:00)

Masallıda 36 yaşlı qadın itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-nın Cənub bürosuna verilən məlumata görə, Masallı rayonunun Ərkivan qəsəbəsində yaşayan 1987-ci il təvəllüdlü Ağayeva Gülər Valeh qızı yanvarın 24-də saat 16 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.

Gülər Ağayevanın əlamətləri bunlardır: Boyu 158 sm, gözləri qəhvəyi rəngdədir. Evdən çıxarkən əynində qara rəngli gödəkcə, qara rəngli paltar, ayağında idman ayaqqabısı olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Masallı Rayon Polis Şöbəsinə 025-215-3942 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR