Masallıda 6, Ağstafada 3 otaqlı evdə yanğın olub

Masallıda 6, Ağstafada 3 otaqlı evdə yanğın olub
# 01 iyun 2023 09:39 (UTC +04:00)

Masallı rayonunun Xoşçobanlı kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli 6 otaq və eyvandan ibarət evin dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə yanıb.

APA FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ağstafa şəhərində isə ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 4 m² sahədə və dam örtüyü 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR