Masallıda altıotaqlı ev yanıb

Masallıda altıotaqlı ev yanıb
# 01 iyun 2023 08:45 (UTC +04:00)

Masallı rayonunda evdə yanğın olub.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Xoşçobanlı kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli 6 otaq və eyvandan ibarət evin dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə yanıb.

"Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR