Masallıda ana və iki uşağının yanaraq ölməsi faktı ilə bağlı araşdırmalara başlanılıb

Masallıda ana və iki uşağının yanaraq ölməsi faktı ilə bağlı araşdırmalara başlanılıb
# 07 sentyabr 2022 10:50 (UTC +04:00)

Masallıda ana və iki uşağının yanaraq ölməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Masallı rayonunun Hüseynhacılı kəndində iki mərtəbəli evdə 3 nəfərin ölümü ilə baş verən yanğınla bağlı Masallı rayon Prokurorluğunda araşdırma aparılır, zəruri istintaq tədbirləri həyata keçirilir.

Qeyd edək ki, ötən gün Masallı rayonunun Hüseynhacılı kəndində ikimərtəbəli evdə baş verən yanğın zamanı 1984-cü il təvəllüdlü Gülnaz Kəlbiyeva və övladları – 2012-ci il təvəllüdlü Elbrus Kəlbizadə və 2011-ci il təvəllüdlü Elgiz Kəlbizadə yanaraq ölüblər. Evdə olan iki nəfər - 1959-cu il təvəllüdlü Nərminə Kəlbiyeva və ailəyə qonaq gələn Rusiya vətəndaşı - 1991-ci il təvəllüdlü İsmayıl Abbasov xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR