Masallıda avtomobil piyadanı vuraraq öldürüb

Masallıda avtomobil piyadanı vuraraq öldürüb
# 26 iyul 2022 10:57 (UTC +04:00)

Masallıda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyulun 25-də saat 23 radələrində Masallı şəhəri ərazisində M.Hacıyev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən şəhər sakini Mirzəqulu Quliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR