Masallıda azyaşlı velosipedçini avtomobil vurub

Masallıda azyaşlı velosipedçini avtomobil vurub
# 28 may 2023 21:56 (UTC +04:00)

Masallıda velosipedçinin vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə hadisə rayonun Köçəkli kəndində qeydə alınıb.

Avtomobil, velosipedlə hərəkətdə olan 10 yaşlı Rəşid Mehdi oğlu Mehdiyevi vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan azyaşlı Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirdilər ki, R.Mehdiyevin sağ bud-baldır nahiyyəsində sınıq, üzündə didilmiş yaralar var. Xəstəyə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR