Masallıda iş yoldaşını öldürən fəhlə tutulub - YENİLƏNİB

Masallıda iş yoldaşını öldürən fəhlə tutulub - YENİLƏNİB
# 11 noyabr 2019 13:40 (UTC +04:00)

Noyabrın 10-da Masallı rayonunun Ağakişibəyli kəndi ərazisindəki evlərdən birinin həyətində kənd sakini R.Gülverdiyev orada fəhlə işləyən qonşusu Bəhruz Quliyevi münaqişə zəminində bıçaqla qətlə yetirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən R.Gülverdiyev saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

***

10 noyabr, saat 22:56

Masallıda fəhlələr arasında yaranmış mübahisə insidentlə nəticələnib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə axşam saatlarında rayonun Şərəfə kəndində qeydə alınıb.

Boradigah qəsəbə sakini Rafiq Gülverdiyevin fəhlə kimi çalışdığı evdə iş yoldaşı ilə mübahisə edib. Nəticədə o, mübahisə zamanı əlinə bıçaq götürərək Ukrayna vətəndaşı olan, hazırda Şərəfə kəndində yaşayan 1972-ci il təvəllüdlü Bəhruz Əliheydər oğlu Quliyevin qarın nahiyəsinə bir neçə zərbə endirib və sonra onun boğazını kəsib. Ağır yaralanan B.Quliyev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Masallı rayon Prokurorluğu araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR