Masallıda gənc mübahisə zamanı bıçaqlanıb

Masallıda gənc mübahisə zamanı bıçaqlanıb
# 19 yanvar 2022 23:34 (UTC +04:00)

Masallıda bıçaqlanma hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Ərkivan qəsəbə sakini, 1993-cü il təvəllüdlü Ülvi Namiq oğlu Baxşıyev eyni qəsəbədən olan bir şəxslə mübahisə zamanı bıçaqlanıb.

Döş qəfəsindən bıçaq yaraları alan gənc Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR