Masallıda məktəbli qız itkin düşüb

Masallıda məktəbli qız itkin düşüb
# 10 iyun 2022 09:48 (UTC +04:00)

Masallıda məktəbli itkin düşüb.

APA-nın xəbərinə görə, Xoşçobanlı kənd sakini Xəyal Məmmədov Masallı rayon Polis Şöbəsinə müraciət edərək, qızı, Xoşçobanlı kənd məktəbinin 9-cu sinif şagirdi, 2008-ci il təvəllüdlü İ.Məmmədovanın iyunun 8-də yaşadıqları evdən çıxaraq geri qayıtmadığını bildirib.

Faktla bağlı araşdırmalara başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR