Masallıda qadın evdən 10 min manatlıq qızıl oğurlayıb

Masallıda qadın evdən 10 min manatlıq qızıl oğurlayıb
# 05 may 2022 12:12 (UTC +04:00)

Masallıda evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Kosakül kəndindəki evlərin birindən 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Masallı şəhər sakini S.Əliyeva saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR