Maştağada evin həyətində 104 kq narkotik bitki aşkarlanıb

Maştağada evin həyətində 104 kq narkotik bitki aşkarlanıb
# 07 iyul 2022 10:56 (UTC +04:00)

Sabunçu rayonunda evin həyətində xeyli miqdarda çətənə kolu aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi və Quba Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini V.Quliyevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 104 kiloqramdan artıq çəkidə 6256 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

V.Quliyevin əvvəllər də məhkum olunduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR