Mayda sərhəddə 16 milyon manatlıq qaçaqmal saxlanılıb

Mayda sərhəddə 16 milyon manatlıq qaçaqmal saxlanılıb
# 01 iyun 2022 14:59 (UTC +04:00)

Ötən ay ərzində narkоtik vasitələrin daşınması ilə mübarizə tədbirləri nəticəsində 316 kq 240 qram narkоtik vasitəyə və 8010 ədəd psixotrop həbə bənzər maddələr qanunsuz dövriyyədən çıxarılıb.

APA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, narkotik qaçaqmalçıları 1 halda sərhəd naryadlarına silahlı müqavimət göstərib. Qanunvericiliyə uyğun olaraq sərhədçilərin silah tətbiq etməsi nəticəsində cinayətkarların əraziyə atdıqları 1 ədəd atışa hazır vəziyyətdə olan AKM-74 markalı avtomat götürülüb.
Qaçaqmalçılıqla mübarizə çərçivəsində ümumi dəyəri təqribən 15 milyon 842 min 429 manat оlan qaçaqmal, o cümlədən tütün məlumatları, spirtli içki və əntiq əşyalar saxlanılıb.
"Dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir" məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR