Məcburi köçkünün evindən oğurluq olub

Məcburi köçkünün evindən oğurluq olub
  • Clock-gray 16:36
  • calendar-gray 12 Sentyabr 2019

Bərdədə məcburi köçkünlər üçün salınmış mənzildən oğurluq edən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən xəbərə görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Deprtamentindən Xocavənd Rayon Polis Şöbəsinə məcburi köçkünlər üçün salınmış qəsəbədəki mənzillərin birindən oğurluq olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar müvafiq tədbirlər görülüb, hadisə yerinə baxış keçirilib. Həmin mənzildən 350 manat dəyərində 1 ədəd su qızdırıcısının oğurlandığı müəyyən edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum edilmiş Razin Cəfərov saxlanılıb. Oğurlanmış su qızdırıcısı maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date