Mədəniyyət nazirinin işdən azad olunan birinci müavini məsuliyyətə cəlb edilib - EKSKLÜZİV - VİDEO

Mədəniyyət nazirinin işdən azad olunan birinci müavini məsuliyyətə cəlb edilib - EKSKLÜZİV  - VİDEO
# 04 noyabr 2022 11:47 (UTC +04:00)

Bir neçə gün əvvəl istintaqa cəlb olunan mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev barəsində qətimkan tədbiri seçilib.

APA xəbər verir ki, Elnur Əliyev Cinayət Məcəlləsinin 179.4-cü (Xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Onun barəsində yaşayış yerini tərk etmək hüququnu məhdudlaşdıran qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Elnur Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin noyabrın 1-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı istintaqa cəlb olunub.

Elnur Əliyev ötən gün Prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR