Mehdiabadda ikimərtəbəli ev yanıb

Mehdiabadda ikimərtəbəli ev yanıb
# 10 may 2022 12:10 (UTC +04:00)

Abşeron rayonunun Mehdiabad qəsəbəsində yanğın olub.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 8 otaqlı evin ikinci mərtəbəsinin və ondulindən ibarət dam örtüyünün yanar konstruksiyaları 150 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR