Mehdiabadda qadın özünü 4-cü mərtəbədən atıb

Mehdiabadda qadın özünü 4-cü mərtəbədən atıb
# 18 yanvar 2023 17:59 (UTC +04:00)

Abşeron rayonunda intihar hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində yerləşən “Gənclər şəhərciyi”ndə qeydə alınıb.

Hələlik kimliyi məlum olmayan orta yaşlı qadın özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb.

Ağır xəsarət alan qadın hadisə yerində ölüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR