Məhkəmə və hüquq-mühafizə orqanlarına ayrılan xərclər 25,8% artırılır

Məhkəmə və hüquq-mühafizə orqanlarına ayrılan xərclər 25,8% artırılır
# 18 oktyabr 2019 17:18 (UTC +04:00)

Gələn il Azərbaycanda məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri üçün 1 973,1 mln. manat vəsait ayrılacaq.

APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu, 2019-cu illə müqayisədə 25,8%, yaxud 404,8 mln. manat çoxdur. Bu il dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri 1 568,3 mln. manat proqnozlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR