Məktəbli qızın özünü binadan atması ilə bağlı araşdırma başlanıb - VİDEO

Məktəbli qızın özünü binadan atması ilə bağlı araşdırma başlanıb  - VİDEO
# 07 may 2022 10:18 (UTC +04:00)

Bakıda məktəblinin özünü binadan ataraq intihar etməsi ilə bağlı araşdırma aparılır.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, hazırda Nərimanov rayon prokurorluğunda hadisənin baş vermə səbəbi araşdırılır.

Qeyd edək ki, 2005-ci il təvəllüdlü Ayla ötən gecə özünü yaşadığı binanın 13-cü mərtəbəsindən atıb.

***

00.33

Nərimanov rayonunda intihar hadisəsi baş verib.

APA-nın əldə etdiyi xəbərə görə, hadisə Aşıq Molla Cümə küçəsində qeydə alınıb.

Həmin ərazidə yaşayan Ayla adlı 17 yaşlı qız özünü yaşadığı binanın 13-cü mərtəbəsindən atıb. O, hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, Ayla 11-ci sinif şagirdi olub.

Faktla bağlı araşdırma başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR