Məscidin nəzir qutusundan oğurluq edilib - VİDEO

Məscidin nəzir qutusundan oğurluq edilib - VİDEO
# 22 aprel 2022 10:38 (UTC +04:00)

Zaqatalada məsciddən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinə aprelin 13-dən 15-dək olan müddətdə Göyəm kəndi ərazisindəki məscidin nəzir qutusundan 300 manatın oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qandax kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Anar Osmanov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR