Bakıda metroda tüstülənmə olub, sərnişinlər qatardan düşürülüb

Bakıda metroda tüstülənmə olub, sərnişinlər qatardan düşürülüb
# 21 sentyabr 2019 16:41 (UTC +04:00)

Bu gün saat 14:30 radələrində xətdə hərəkət edən qatarın vaqonunda spesifik qoxu və tüstü müşahidə olunub.

Bu barədə APA-ya Metropolitenin mətbuat xidmətinin rəhbəri Baxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, "Gənclik" stansiyasında, sərnişinlər qatardan düşürülüb, vaqonlara baxış keçirilib: "Hər hansısa problem aşkar olunmayıb. Həmin qatar sərnişinlərlə yoluna davam edib".

B.Məmmədov bildirib ki, qoxunun yaranmasına səbəb həmin qatardan əvvəl xəttə verilmiş sınaq qatarı ilə bağlı olub. Qatarın təkərinin detallarından biri sıxıldığından sürtünmə baş verib və nəticədə ətrafa dəmirin sürtünməsindən yaranan qoxu yayılıb.

"Sərnişinlər arasında həyəcanlanan olub. Müvafiq ilkin yardım göstərilib və təcili tibbi yardımın dəvət edilməsi təklif olunub. Lakin sərnişinlər könüllü təcili tibbi yardımın çağırılmasından imtina ediblər", - deyə Metropolitenin sözçüsü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR