Metro yaxınlığında parklanmaya görə 180-dən çox sürücü cərimələnib - VİDEO

Metro yaxınlığında parklanmaya görə 180-dən çox sürücü cərimələnib - VİDEO
# 27 yanvar 2022 18:32 (UTC +04:00)

Bakıda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar növbəti reyd paytaxtın Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən metronun “Qara Qarayev”, “Nefçilər” və “Xalqlar Dostluğu” stansiyalarının yaxınlığında baş tutub.

DİN-dən APA-ya verilən məlumata görə, gün ərzində keçirilən reydlərdə 86 sürücü barəsində inzibati protokol tərtib edilib. Nizami rayonunda keçirilən reydlər zamanı qanunsuz olaraq parklama xidməti təşkil edən 14 şəxs də müəyyən edilib və həmin onlar da inzibati məsuliyyətə cəlb olunublar.

Analoji tədbir Nərimanov rayonu ərazisində də həyata keçirilib. Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun müxtəlif ərazilərində əsasən səkilərində avtomobillərini qanunsuz olaraq saxlayan və bununla da piyadaların hərəkətinə maneə yaradan sürücülər müəyyən ediliblər. Qeyd edilən qayda pozuntusuna yol verən ümumilikdə 81 sürücü barəsində inzibati protokol tərtib edilib. Bu istiqamətdə Nizami və Nərimanov rayonlarında rayonunda yol polisi tərəfindən reydlər mütəmadi olaraq davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR