Metroda cibgirlik edən şəxs tutulub

Metroda cibgirlik edən şəxs tutulub
# 04 iyun 2022 11:01 (UTC +04:00)

Bakı metrosunda cibgirlik edən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Metropolitendə Polis Şöbəsininin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində metronun “İnşaatçılar” stansiyasında cibgirlik yolu ilə iki və daha artıq şəxsdən oğurluq etməkdə şübhəli bilinən 47 yaşlı Rəhim Qasımov tutulub. Araşdırmalarla onun daha çox ictimai nəqliyyatda fəaliyyət göstərdiyi məlum olub. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müracət etmələri tövsiyə olunur.

Polisə özünü istedadlı cibgir kimi təqdim edən R.Qasımov cibgirlik peşəsinin onun həyat tərzi olduğunu bildirib.

Araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR