Metroda qatarda nasazlıq yaranıb

Metroda qatarda nasazlıq yaranıb
# 19 may 2022 11:22 (UTC +04:00)

Bakı metrosunda "Həzi Aslanov-Dərnəgül" xətti ilə hərəkət edən qatarda nasazlıq yaranıb.

Bu barədə APA-ya "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, nasazlıqla bağlı "Ulduz" stansiyasında sərnişinlər düşürülüb. Qatar depoya göndərilib, əvəzinə qatar verilib. Nəticədə, iki qatar arasında intervaldan əlavə 2 dəqiqə fərq yaranıb. Məlumata görə, ehtiyat qatar xəttə verildiyindən bu fərq qısa müddətdə aradan qaldırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR