Metroda sərnişin stansiya yoluna düşüb

Metroda sərnişin stansiya yoluna düşüb
# 12 sentyabr 2022 18:32 (UTC +04:00)

"Elmlər Akademiyası" stansiyasında bir sərnişin (kişi) stansiya yoluna düşərək, tunelə doğru hərəkət edib.

Bu barədə APA-ya “Bakı Metropoliteni”ndən bildirilib.

Qeyd olunub ki, metropoliten və Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşlarının çevik reaksiyası və təlimat tələblərinə uyğun operativliyi sayəsində sərnişin saxlanılıb.

"Sərnişin qatara mindirilib. Qatarların hərəkətində ciddi yubanma olmayıb və qısa müddətdə aradan qaldırılıb. Hazırda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır", - məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR