Metroda silsilə soyğunçuluq törədən şəxs tutulub

Metroda silsilə soyğunçuluq törədən şəxs tutulub
# 28 sentyabr 2022 10:26 (UTC +04:00)

Bakı Metropolitendə silsilə soyğunçuluq əməlləri törədən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Metropolitendə Polis Şöbəsinə Lerik rayon sakini L.Şabanlının, Göyçay rayon sakini A.Yəhyalının ciblərindən mobil telefonlarının oğurlanması, Şəki rayon sakini E.Əhmədlinin isə mobil telefonununun soyğunçuluq yolu ilə talanması barədə müraciətlər daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları və soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Mahir Mirzəyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR