Milli Parkın ərazisində ov edən şəxslər cəzalandırılıb

Milli Parkın ərazisində ov edən şəxslər cəzalandırılıb
# 20 yanvar 2023 14:42 (UTC +04:00)

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ağgöl Milli Parkının əməkdaşları tərəfindən birgə keçirilən nəzarət tədbirləri zamanı Ağgöl Milli Parkının ərazisində ov edən şəxslər saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Cəlilabad rayon sakinləri Zakir və Nadir Bədirovlar, Beyləqan rayon sakini Ərzullah Mirzəyev və Rusiya Federasiyası vətəndaşı Mirquseyn Babaev olduğu müəyyən edilib.

"Faktla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb", - deyə açıqlamada qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR