Milli Qəhrəman Maşallah Abdullayev dəfn edilib - YENİLƏNİB - FOTO - VİDEO

Milli Qəhrəman Maşallah Abdullayev dəfn edilib - YENİLƏNİB  - FOTO  - VİDEO
# 26 oktyabr 2022 13:58 (UTC +04:00)

Milli Qəhrəman Maşallah Abdullayev dəfn edilib.

APA xəbər verir ki, Maşallah Abdullayev Goranboy şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində ictimaiyyət nümayəndələri, mərhumun döyüş yoldaşları, Vətən müharibəsi iştirakçıları, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.

Milli Qəhrəmanın dəfn mərasimi hərbi orkestrin müşayiəti ilə keçirilib, yaylım atəşi açılıb.

***

12.15

Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayev vəfat edib.

APA xəbər verir ki, Maşallah Abdullayevin onkoloji xəstəlikdən 72 yaşında dünyasını dəyişdiyi bildirilir.

Goranboy rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən məlumata görə, Milli Qəhrəman Maşallah Abdullayev bu gün dəfn ediləcək.

Qeyd edək ki, Abdullayev Maşallah Babakişi oğlu 27 may 1950-ci ildə Qasım İsmayılov (indiki Goranboy) rayonunun Kəpənəkçi kəndində doğulub. Birinci Qarabağ müharibəsində könüllülərdən ibarət dəstə yaradaraq iştirak edib. 1992-ci ildə briqada komandirinin müavini vəzifəsinə təyin olunub. Goranboy və Ağdərənin erməni işğalçılarından təmizlənməsində şücaət göstərib. 1992-ci ildə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Maşallah Abdullayev 1992-1993-cü illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı kimi çalışıb. Azərbaycan Respublika Ali Sovetinin deputatı olub.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurası Goranboy Rayon Şurasının sədri kimi fəaliyyət göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR