Minaya düşən polisin ayağı amputasiya edilib

Minaya düşən polisin ayağı amputasiya edilib
# 27 iyun 2022 10:58 (UTC +04:00)

İyunun 26-sı saat 20 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İlham Salmanov rayonun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində xidmətdə olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, o, xəstəxanaya yerləşdirilib. Ayaq nahiyəsi topuqdan aşağı amputasiya olunub.

Hazırda həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR