Mingəçevir və Şəmkir sakinlərindən odlu silah götürülüb

Mingəçevir və Şəmkir sakinlərindən odlu silah götürülüb
# 13 noyabr 2019 13:28 (UTC +04:00)

Mingəçevir və Şəmkir sakinlərindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş N.Məmmədovdan “TK-Korovin” markalı tapança aşkar edilərək götürülüb.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Muxtariyə kənd sakini Q.Qasımovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR