Mingəçevirdə 12 gün əvvəl itkin düşən 90 yaşlı kişinin meyiti tapılıb

Mingəçevirdə 12 gün əvvəl itkin düşən 90 yaşlı kişinin meyiti tapılıb
# 28 mart 2023 10:45 (UTC +04:00)

Mingəçevirdə 12 gündür itkin düşən 90 yaşlı kişinin meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, martın 16-da itkin düşən Mingəçevir şəhər sakini, 1933-cü il təvəllüdlü Eyvazov Əliş Məmmədhüseyn oğlunun meyiti bu gün səhər saatlarında Mingəçevir şəhəri ərazisində tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR