Mingəçevirdə 31 yaşlı kişi itkin düşüb

Mingəçevirdə 31 yaşlı kişi itkin düşüb
# 21 sentyabr 2022 15:24 (UTC +04:00)

Yevlax rayon sakini, 1991-ci il təvəllüdlü Ramin Mahmudov avqustun 31-də yaşadığı ünvandan çıxıb, bir daha geri qayıtmayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, həmin şəxsin tapılması istiqamətində polis əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri zamanı onun sonuncu dəfə Mingəçevir şəhəri ərazisindən itkin düşdüyü müəyyən edilib.
Ramin Mahmudovun əlamətləri - boyu 161 sm, orta bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir.Sonuncu dəfə evdən çıxarkən üzərində qara rəngli köynək, boz şalvar və sarı rəngli ayaqqabı olub. Qeyd edək ki, itkin düşən şəxs I qrup əlildir və nitq qüsurludur.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN “102” Xidməti-Zəng Mərkəzinə, eləcə də Mingəçevir Şəhər Polis Şöbəsinin (024)275-26-04 şəhər və (050) 793-01-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR