Mingəçevirdə 5 yaşlı oğlanı maşın vurub

Mingəçevirdə 5 yaşlı oğlanı maşın vurub
  • Clock-gray 18:49
  • calendar-gray 11 İyul 2019

Mingəçevirdə azyaşlı avtomobillə vurulub.

APA-nın yerli bürosunun xəbərinə görə, Energetik yaşayış massivində şəhər sakini, 2014-cü il təvəllüdlü şəhər sakini Mahmudov Fariz Pərviz oğlunu “Toyota” markalı minik maşını vurub. Müxtəlif bədən xəsarətləri alan azyaşlını avtomobilin sürücüsü xəstəxanaya çatdırıb. 

Faktla bağlı araşdırma aparılır.
 

Ehtiram Muradov

Digər xəbərlər

Arxiv

date