Mingəçevirdə avtomobilin vurduğu piyada xəsarət alıb

Mingəçevirdə avtomobilin vurduğu piyada xəsarət alıb
  • Clock-gray 22:39
  • calendar-gray 11 Sentyabr 2019

Mingəçevirdə piyadanı avtomobil vurub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Nizami küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsindəki məhəllə yolunda baş verib.

Belə ki, “VAZ 21099” markalı minik maşını yolu keçmək istəyən piyadanı vurub. Baş nahiyəsindən xəsarət alan 1964-cü il təvəllüdlü yaralı Xəlilova Nəsibə Səlim qızı xəstəxanaya yerləşdirilib. İlkin tibbi yardımdan sonra onun vəziyyətinin stabilləşdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Digər xəbərlər

Arxiv

date