Mingeçevirdə iki qardaşı bıçaqlayan şəxsin istintaqı başa çatıb

Mingeçevirdə iki qardaşı bıçaqlayan şəxsin istintaqı başa çatıb
# 23 sentyabr 2019 19:55 (UTC +04:00)

Mingəçevirdə iki qardaşı bıçaqlamaqda təqsirləndirilən 2002-ci il təvəllüdlü Cavidan Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rəşad Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.

Qeyd edək ki, bu il Novruz bayramında şəhər sakini, 2003-cü il təvəllüdlü Hüseyn İlham oğlu Qasımov və qardaşı Zabit Qasımov bıçaqlanıb. Saxlanılan Cavidan Quliyev əməli mübahisə zəminində törətdiyi əməli etiraf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR