Mingəçevirdə tələbələri daşıyan mikroavtobus "KamAZ"-la toqquşub

Mingəçevirdə tələbələri daşıyan mikroavtobus "KamAZ"-la toqquşub
# 10 oktyabr 2019 23:36 (UTC +04:00)

Bu gün axşam saatlarında Mingəçevirin Aydın Məmmədov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, Vilayət Abbasovun idarə etdiyi “VAZ 2106” markalı maşın park vəziyyətində olan, Seymur Abdullayevə məxsus “BMW” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Digər qəza isə şəhərin Samux küçəsində qeydə alınıb. Tələbələri daşıyan mikroavtobus "KamAZ" markalı yük maşını ilə toqquşub. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR