Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alan var - FOTO
# 12 sentyabr 2019 20:19 (UTC +04:00)

Mingəçevir şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə bu saatlarda şəhərin Heydər Əliyev prospektində qazdoldurma məntəqəsi yaxınlığında baş verib.

Belə ki “VAZ 2103” və “VAZ 2107” markalı minik maşınları toqquşub. Qəza nəticəsində ciddi bədən xəsarətləri alan 1950-ci il təvəllüdlü Həsənov Elman Vəliş oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR