Mingəçevirdə mənzildən 3000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Mingəçevirdə mənzildən 3000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
  • Clock-gray 19:32
  • calendar-gray 17 Oktyabr 2019

Mingəçevirdə mənzildən 3 min manat dəyərində qızıl-zinət əşyası oğurlanıb

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Vidadi küçəsi 4 ünvanında baş verib. Belə ki, beşmərtəbəli binanın birinci mərtəbəsində şəhər sakini  Gülayət İbrahimovaya məxsus 20 saylı mənzil oğru və ya oğrular tərəfindən qarət olunub. Ev sahibinin evdə olmadığından istifadə edən şəxs və ya şəxslər eyvanın dəmir qoruyucusunu qıraraq mənzilə daxil olub və oradan 3 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıblar.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Digər xəbərlər

Arxiv

date