Mingəçevirdə polis əməkdaşı bıçaqlanıb

Mingəçevirdə polis əməkdaşı bıçaqlanıb
  • Clock-gray 17:44
  • calendar-gray 20 Noyabr 2019

Yevlax sakini Mingəçevirdə bıçaqlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Samux küçəsində qeydə alınıb. Yevlax rayon sakini, 1994-cü il təvəllüdlü Ağayev Kənan Musa oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan yaralı xəstəxanaya yerləşdirilib.

Qeyd edək  ki, K.Ağayev mühafizə polisinin əməkdaşıdır. O, Mingəçevirdəki təhsil müəssisələrindən birinin mühafizəçisi olub.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Digər xəbərlər

Arxiv

date