Mingəçevirdə sürücüyə balta ilə xəsarət yetirilib

Mingəçevirdə sürücüyə balta ilə xəsarət yetirilib
# 10 yanvar 2023 08:52 (UTC +04:00)

Mingəçevirdə sürücülər dava ediblər.

APA xəbər verir ki, 1971-ci il təvəllüdlü Faiq Məmmədov yol verməmək üstündə 1995-ci il təvəllüdlü Elvin Paşayevlə mübahisə edib.

Mübahisə nəticəsində Faiq Məmmədov balta ilə Elvin Paşayevə xəsarətlər yetirib.

Faktla bağlı cinayət işi başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR