Mingəçevirdə usta laqunda ilə özünü yaralayıb

Mingəçevirdə usta laqunda ilə özünü yaralayıb
# 18 avqust 2019 22:54 (UTC +04:00)

Mingəçevirdə usta bədbəxt hadisə nəticəsində özünə ağır xəsarət yetirib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Energetik yaşayış massivində, Fazil Əzimov küçəsində baş verib.

Belə ki, həmin ünvandakı evlərdən birində təmir işləri aparan 1955-ci il təvəllüdlü usta Hüseynov Güləhməd Hüseynqulu oğlu ehtiyatsızlıq səbəbindən əlindəki laqunda ilə ayağının diz nahiyəsini kəsərək özünə ağır xəsarət yetirib.

Dərhal xəstəxanaya çatdırılan yaralı cərrahi əməliyyat olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR