Mingəçevirdə xəstə qızını dirəyə bağlayaraq işgəncə verən ata həbs edilib - VİDEO

Mingəçevirdə xəstə qızını dirəyə bağlayaraq işgəncə verən ata həbs edilib - VİDEO
# 11 may 2022 11:33 (UTC +04:00)

Mingəçevirdə qızına işgəncə verən ata həbs edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, mayın 10-u saat 12 radələrində Mingəçevir şəhərində yaşayan 2003-cü il təvəllüdlü A.M-nın atası tərəfindən qanunsuz azadlıqdan məhrum edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1978-ci il təvəllüdlü N.M-nın psixi xəstəlikdən əziyyət çəkən, kənar şəxslərin qulluğuna ehtiyacı olan qızını fiziki zor tətbiq edib döyməklə yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən dəmir dirəyə bağlamasına, həmçinin evin zirzəmisində saxlayıb aclığa məruz qoyub əzab verməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.6 (işgəncə verməklə əzab vermə) və 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə cinayət işi başlanıb.

N.M şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR