​​​​​​​Mingəçevirdə yanğında 81 yaşlı kişi tüstüdən boğularaq ölüb - YENİLƏNİB - VİDEO

​​​​​​​Mingəçevirdə yanğında 81 yaşlı kişi tüstüdən boğularaq ölüb - YENİLƏNİB  - VİDEO
# 21 dekabr 2021 11:14 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Mingəçevir şəhərində yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən APA-ya verilən məlumata görə, Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 25 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1940-cı il təvəllüdlü Sərxanov Tofiq Şahlar oğlunun (yataq xəstəsi) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

09.51

Mingəçevirdə beşmərtəbəli yaşayış binasında yanğın olub.

APA-nın xəbərinə görə, hadisə Ə.Xəqanı küçəsində yerləşən binada baş verib. Yanğın iki otaqlı mənzilin bir otağını əhatə edib.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin operativ müdaxiləsi nəticəsində yanğın söndürülüb.

Yanğın yerinə baxış zamanı 1940-cı il təvəllüdlü Sərxanov Tofiq Şahlar oğlunun meyiti tapılıb. 81 yaşlı kişinin tüstüdən boğularaq öldüyü bildirilir.

Hadisə zamanı bir neçə bina sakininin tüstüdən zəhərləndiyi bildirilir. Bina sakinləri təxliyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR