MTN əməkdaşı məhkəmə zalından azadlığa buraxılıb

MTN əməkdaşı məhkəmə zalından azadlığa buraxılıb
# 01 fevral 2023 18:18 (UTC +04:00)

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinovla birgə həbs olunmuş nazirliyin əməliyyat müvəkkili Nadir Nəzirov azadlığa buraxılıb.

APA-nın əldə etdiyi xəbərə görə, bu barədə Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən iclasda qərar verilib.

Qərara əsasən, Nadir Nəzirovun cəlbetmə müddəti keçdiyi üçün onunla bağlı cinayət işinə xitam verilib.

Keçmiş MTN əməkdaşı məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Qeyd edək ki, Nadir Nəzirov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR