MTN generalı Teymur Quliyev azadlığa buraxılıb

MTN generalı Teymur Quliyev azadlığa buraxılıb
# 28 may 2022 11:27 (UTC +04:00)

Ədliyyə Nazirliyinin 9 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən 7 məhkuma əfv sərəncamı şamil edilib.

APA xəbər verir ki, onların 7-si də azadlığa buraxılıb.

Azadlığa buraxılanlar arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi, general-mayor Teymur Quliyev və MTN-in digər vəzifəli şəxsləri var.

Qeyd edək ki, sərəncam çərçivəsində humanizm prinsipləri əsas götürülərək ümumilikdə 213 nəfər əfv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR